İranın mərkəzi və qərb hissəsinin hava sahəsi sabah günorta saat ikiyə qədər beynəlxalaq uçuşlar üçün bağlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı İranın Yol və Şəhərsalma nazirliyi məlumat yayıb.
Buna səbəb olaraq təhlükəsizliklə bağlı məsələlər göstərilib.
Qeyd olunub ki, ölkənin hava sahəsinin digər hissələri yerli və beynəlxalq uçuşlara açıqdır.