• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Ukraynada azərbaycanlı yüksək vəzifəyə TƏYİN OLUNDU

GÜNDƏM

02 Iyul 2025 | 21:21

Ukraynada azərbaycanlı yüksək vəzifəyə TƏYİN OLUNDU

Ukrayna Prokurorlar Şurasının təqdimatı ilə ölkənin Baş prokuroru əslən azərbaycanlı Amil Ömərovu Xarkov Vilayət Prokurorluğunun rəhbəri vəzifəsinə təyin edib.

Bu barədə Bakıvaxtı.az-a Ukraynanın Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Amil Ömərovun prokurorluq orqanlarında kifayət qədər təcrübəsi var. O, son 9 ildə prokurorluq orqanlarında rəhbər vəzifələrdə, xüsusən 2021-ci ildən - Xarkov şəhərinin Şevçenko rayon prokuroru kimi fəaliyyət göstərib.

Namizədlik müstəsna olaraq peşəkar keyfiyyətlər, təcrübə və qanunvericilik meyarlarına uyğunluq nəzərə alınmaqla - Ukrayna Prokurorlar Şurasının müvafiq tövsiyəsindən sonra təyin edilib. İcra müddəti 5 ildir.

Qeyd edək ki, Amil Ömərov Azərbaycanın diaspor fəalı, dövlət idarəetməsi üzrə elmlər doktoru professor Azad Ömərovun oğludur.


SON XƏBƏRLƏR

02 Iyul 2025