"Ersin Tatarın Azərbaycan Texniki Universitetinin fəxri doktoru seçilməsi tarixi bir hadisədir. Onun Şimali Kipr Türk Cümhuriyyətinin təhsil müəssisələri ilə Universitstimizin əməkdaşlığı ilə bağlı qərarlarda dəstək olması çox təqdirəlayiq addımdır".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev rəhbəri olduğu ali təhsil müəssisəsində təşkil edilmiş tədbirdə çıxışı zamanı bildirib.
Rektor onu da əlavə edib ki, ali təhsil ocağının əməkdaşlıq etdiyi universitetlər arasında başqa dövlətlərin müəssisələri də var.
Əli Hüseynov