"Rusiyanın Azərbaycana qarşı ritorikası çoxdan davam edir. Rusiya özünü böyük dövlət adlandırır, imperiya ambisiyaları ilə çıxış edir, amma əslində çox cılız hərəkətlər edir".
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli deyib.
Onun sözlərinə görə, böyük dövlətlər bu cür kiçik təxribatlara getməməlidir.
Ekspert bildirib ki, belə addımlar son nəticədə Rusiyanın öz sonunu gətirəcək:
"Rusiya dərk etmir ki, bu ritorika ilə heç kimi, heç bir dövləti özünə çəkmək olmaz, əksinə, uzaqlaşdırmaq olar. Əlbəttə, bu, Kremlin seçimidir. Biz sadəcə Moskvanın ritorikasına eyniylə qarşılıq verməliyik və veririk. Yəni "qanmayanı qandığı tərzdə başa salmaq lazımdır". Qanmazın qarşısında mədəni olanda elə bilir ki, ondan qorxursan”.
Əhəd Məmmədli: Sadəcə etirazımızı bildirməməliyik, yeri gələndə ruslara başa düşdükləri dildə cavab vermək lazımdır
Müsahibimiz qeyd edib ki, Rusiya azərbaycanlıları məqsədli və qərəzli şəkildə təzyiqlərə məruz qoyur, həbs edir. Azərbaycanda "güzgü" prinsipi ilə buna adekvat cavab verdi:
“Düzdür, cavabımız ruslar kimi olmadı. Çünki onlar həmyerlilərimiz döyə-döyə öldürdülər, amma biz sadəcə qanunsuz əməllərinə görə həbsə atdıq. Açığı, bu cavab Rusiya üçün "soyuq duş" effekti yaratdı. Əgər Rusiyanın TASS Agentliyi Xankəndinə "Stepanakert" deyirsə, mən də Qroznıya "Coharqala" deyəcəm. Kalininqradı “Köniqsberq" kimi təqdim edək. Sadəcə etirazımızı bildirməməliyik, yeri gələndə ruslara başa düşdükləri dildə cavab vermək lazımdır. Biz elə etsək, ruslar "Stepanakert" sözünü unudacaqlar ".
Aydın Baxış