• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Zahirəddin İbrahimov Bakının sorğusu əsasında Azərbaycana verilib - Zaxarova

DÜNYA

02 Iyul 2025 | 17:15

Zahirəddin İbrahimov Bakının sorğusu əsasında Azərbaycana verilib - Zaxarova

Azərbaycana ekstradisiya olunan Zahirəddin İbrahimov qanunsuz hərəkətlərinə görə Rusiya vətəndaşlığından məhrum edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya qanunvericiliyi Rusiya Federasiyası vətəndaşını başqa ölkəyə ekstradisiya etməyə imkan vermir.

Zaxarova İbrahimovun daha əvvəl qanunsuz hərəkətlərinə görə, Rusiya Federasiyası vətəndaşlığından məhrum olunduğunu söyləyib.

Qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşı Zahirəddin İbrahimov Bakının sorğusu əsasında Azərbaycana verilib.


SON XƏBƏRLƏR

02 Iyul 2025