• Bakı 24° C

    6.99 m/s

Lənkəranda 65 yaşlı kişi bıçaqlanıb

HADİSƏ

03 Iyul 2025 | 01:11 | Müəllif: Gülşən Şərif

Lənkəranda 65 yaşlı kişi bıçaqlanıb

Lənkəran sakini şəxsi münasibətlər zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Şürük kəndində baş verib.

Kənd sakini, 1960-cı il təvəllüdlü Elxan Şahi oğlu Kazımov kəsici alət xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona boyunun ön və belin arxa səthində kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

İlkin məlumata görə, E.Kazımov şəxsi münasibətlər zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026