• Bakı 36° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Ötən ay 7 min hektardan çox ərazi minalardan təmizlənib

HADİSƏ

01 Avqust 2025 | 14:15

Ötən ay 7 min hektardan çox ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, azad olunan ərazilərdə iyul ayı ərzində 57 tank əleyhinə mina, 265 piyada əleyhinə mina, 2007 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 7 058,9 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.


SON XƏBƏRLƏR

01 Avqust 2025