Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitetində keçirilən mərasimdə çıxışı zamanı dünyada baş verən gərgin proseslərə toxunub.
Bakıvaxtı.az xəbər verir ki, ŞKTC rəhbəri bildirib:
“Tarix təkrarlardan ibarətdir. Bu gün dünyamız narahatdır. Düriyada, Ukraynada baş verənlər bizi üzür. Bu proseslər həll edilməlidir”, – deyə o bildirib.
Prezident Tatar çıxışı zamanı həmçinin təhsil və elm sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb və Azərbaycanla əlaqələrin gücləndirilməsinin önəmini qeyd edib.
Əli Hüseynov