• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

İlham Əliyev Özbəkistana təşəkkür etdi

SİYASƏT

02 Iyul 2025 | 19:19

İlham Əliyev Özbəkistana təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, dövlətimizin başçısı bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında deyib.

Prezident İlham Əliyev bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti isə məhz Özbəkistanın tikdirdiyi bu məktəbdir və mən Şavkat Miromonoviçlə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar”.


SON XƏBƏRLƏR

02 Iyul 2025