• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Putinlə İlham Əliyev arasında telefon danışığı olacaq? - Rəsmi AÇIQLAMA

DÜNYA

02 Iyul 2025 | 16:00

Putinlə İlham Əliyev arasında telefon danışığı olacaq? - Rəsmi AÇIQLAMA

Son günlər baş verən hadisələr fonunda Rusiya Prezidentinin Azərbaycan Prezidenti ilə telefon danışığı gözlənilmir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib.

"İndiki məqamda Putinin belə bir niyyəti yoxdur", - o deyib.

Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda OMON dəstələrinin azərbaycanlıların yaşadıqları evlərə basqını, onlara qarşı vəhşi davranış sərgiləməsi, Ziyəddin və Hüseyn Səfərov qardaşlarının işgəncələr nəticəsində öldürülməsi, daha bir neçə soydaşımızın həbs olunmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib.


SON XƏBƏRLƏR

02 Iyul 2025