• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Mingəçevirdə motosiklet maşınla toqquşdu: 2 yaralı

HADİSƏ

03 Iyul 2025 | 01:53

Mingəçevirdə motosiklet maşınla toqquşdu: 2 yaralı

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, şəhərdə iki qardaşın idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Qəza zamanı müxtəlif bədən xəsarətləri alan 2009-cu il təvəllüdlü Səmədli Rəvan Fehruz oğlu və qardaşı Səmədli Kənan Fehruz oğlu ətrafdakı sakinlərin köməyi ilə xəstəxanaya çatdırılıb.

Əldə edilən ilkin məlumata və şahidlərin müşahidəsinə görə, iki qardaşın idarə etdiyi motosiklet qəza anınadək şəhərin müxtəlif istiqamətlərində təhlükəli manevrlər ediblər.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

02 Iyul 2025