• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Litva və Latviya rusların beşillik pasportlarını tanımağı dayandırır

DÜNYA

02 Iyul 2025 | 19:37

Litva və Latviya rusların beşillik pasportlarını tanımağı dayandırır

Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamenti diqqəti Litva və Latviyanın Rusiyanın 5 illik xarici pasportlarını tanımamaq qərarına gəlməsinə yönəldib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə departamentin Teleqram kanalında məlumat verilib.

"Danimarka, Fransa, Çexiya və Estoniyadan sonra Litva və Latviyanın hakimiyyət orqanları da Rusiyanın 5 illik qeyri-biometrik pasportlarını tanımamaq qərarına gəliblər", - departament qeyd edib.

Nazirlikdən bildirilib ki, iyunun 1-dən Rusiya vətəndaşlarının Litvaya girişi, çıxışı və qalması yalnız onillik biometrik pasportlar əsasında həyata keçirilir. Eyni zamanda, Litvada müvəqqəti və daimi yaşamaq üçün icazəsi olan ruslar bu ilin dekabrın 1-dək onillik biometrik pasport almalıdırlar.

Latviyada giriş, çıxış və qalma ilə bağlı oxşar məhdudiyyətlər iyulun 15-dən qüvvəyə minəcək.


SON XƏBƏRLƏR

02 Iyul 2025