• Bakı 25° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İranda 3 məhkumun barmaqları kəsildi

DÜNYA

01 Avqust 2025 | 18:09 | Müəllif: Subhan Mahmudov

İranda 3 məhkumun barmaqları kəsildi

İranda bir neçə dəfə oğurluq edən üç məhkumun barmaqları məhkəmə qərarı ilə amputasiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu adamlar “peşəkar oğru” kimi tanınıb və dörd müxtəlif vilayətdə 40-dan çox şəxsi talayıblar. İran Ali Məhkəməsi bütün apellyasiya prosedurları başa çatdıqdan sonra hökmü qüvvədə saxlayıb.

Cəza baş barmaq istisna olmaqla, sağ əlin dörd barmağının kəsilməsi ilə həyata keçirilib. İran tərəfinin bildirdiyinə görə, məhkumlar zərərçəkmişlərlə əməkdaşlıq etməkdən imtina ediblər və oğurladıqları qiymətli əşyaları, əsasən də qızıl-zinət əşyalarını qaytarmayıblar ki, bu da onlara daha yüngül cəza ilə hesablaşmaq imkanı verə bilərdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026