“Tam qandan 3 müxtəlif qan komponenti əldə olunur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Qan Bankının Donorun ilkin müayinəsi şöbəsinin müdiri Günel Əliyeva deyib.
Onun sözlərinə görə, bunlar eritrosit kütləsi, trombosit kütləsi və təzə dondurulmuş plazma separasiyadır
G.Əliyeva qeyd edib ki, bu komponentlər də müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.
"Məsələn, eritrosit kütləsi talassemiya, ağır anemiya və qanaxmalar, travma və digər xəstəliklərdə istifadə olunur. Plazma hemofiliya və müxtəlif yanıqlarda köməyə çatır. Trombosit kütləsi isə leykoz, onkoloji xəstəliklərin müalicəsində geniş istifadə olunur”.
Mina Mikayılovaa