• Bakı C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Britaniya nüvə silahı daşıya bilən qırıcı təyyarələr alacaq

DÜNYA

02 Iyul 2025 | 20:10

Britaniya nüvə silahı daşıya bilən qırıcı təyyarələr alacaq

Britaniya 2030-cu ilə qədər ilk nüvə qabiliyyətli "F-35A" döyüş təyyarələrini almağa başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.

O, Britaniya parlamentinin İcmalar Palatasının (Aşağı Palata) müdafiə komitəsinin üzvlərinin suallarına cavab verib: "Mən "F-35A"nın bu onilliyin sonuna qədər xidmətə girəcəyini gözləyirəm".

Xatırladaq ki, iyunun 24-də Böyük Britaniyanın Baş naziri Keir Starmer Londonun ABŞ-dən "B61-12" taktiki termonüvə bombaları daşıya bilən 12 ədəd "F-35A" qırıcısı alacağını bildirmişdi. Hazırda Böyük Britaniyanın nüvə silahları yalnız ABŞ istehsalı olan "Trident II" (D5) ballistik raketləri daşıyan dörd Vanguard sinifli sualtı qayıqda yerləşdirilir.


SON XƏBƏRLƏR

02 Yanvar 2026
01 Yanvar 2026