• Bakı 21° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

BMT iclaslarının sayını azaldacaq - SƏBƏBİ

DÜNYA

01 Avqust 2025 | 20:00 | Müəllif: Subhan Mahmudov

BMT iclaslarının sayını azaldacaq - SƏBƏBİ

BMT-nin baş katibi Antonio Quterreş strukturun həddən artıq iş yükünü və bəzi sənədlərin zəif effektivliyini əsas gətirərək, təşkilatın hesabat və iclaslarının sayını azaltmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Quterreş keçirdiyi brifinqdə məlumat verib.

"Bu gün bütün mandatların yarıdan çoxu hesabatların hazırlanmasını tələb edir. Təkcə ötən il Katiblik 1100 hesabat hazırlayıb - 1990-cı ildəkindən 20% çox. Bu beşdən üçü təkrarlanan mövzulara aiddir. Etiraf etməliyəm ki, bu hesabatlar da uzanır - mətnin həcmi son 20 ildə 40%-dən çox artıb”, - deyə o bildirib.

Quterreş qeyd edib ki, görülən işlərin həcminə baxmayaraq, hesabatların əhəmiyyətli hissəsi az diqqətəlayiq olaraq qalır: onların hər beşdə biri mindən az yükləmə alır. Eyni zamanda, sənədlərin hazırlanması və iclasların təşkili xərcləri müntəzəm büdcənin əhəmiyyətli hissəsini təşkil edir.

Baş katibin sözlərinə görə, büdcədəki hər on dollardan biri əlavə dolayı xərcləri nəzərə almadan görüşlərə və nəşrlərə birbaşa dəstəyə gedir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026