• Bakı 27° C

    10.97 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Avropanın yeni nəsil hava peyki MTG-S1 kosmosa göndərildi

DÜNYA

02 Iyul 2025 | 11:30

Avropanın yeni nəsil hava peyki MTG-S1 kosmosa göndərildi

Avropanın yeni nəsil hava müşahidə peyki – Meteosat Üçüncü Nəsil-Sounder 1 (MTG-S1) iyulun 2-də ABŞ-ın Florida ştatındakı Kanaveral burnundan uğurla kosmosa buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, peykin buraxılışı Avropa Kosmik Agentliyi (ESA) və EUMETSAT təşkilatlarının əməkdaşlığı ilə həyata keçirilib. MTG-S1 peyki buludların quruluşunu, atmosferdəki istilik və rütubət səviyyəsini dəqiq şəkildə təhlil etməyə imkan verəcək. Yeni peyk modeli hava proqnozlarının dəqiqliyini artırmaq və ekstremal hava hadisələrinin daha erkən aşkar olunması məqsədi daşıyır.

Qeyd edək ki, MTG-S1 “Meteosat Üçüncü Nəsil” peyk proqramı çərçivəsində buraxılan ikinci peykdir və regional hava monitorinqi sistemlərinin gücləndirilməsində mühüm rol oynayacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR

02 Iyul 2025