• Bakı 14° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

ABŞ bu məsələ ilə bağlı Ukraynaya məlumat ötürməyib

DÜNYA

02 Iyun 2025 | 10:18

ABŞ bu məsələ ilə bağlı Ukraynaya məlumat ötürməyib

“Ukrayna Rusiya aerodromlarına zərbələr endirmək üçün şəxsi məlumatlarından istifadə edib. ABŞ məsələ ilə bağlı Ukraynaya heç bir məlumat ötürməyib”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı ABŞ administrasiyasındakı mənbəyə istinadən “CBS News” telekanalının jurnalisti Cennifer Ceykobs öz sosial şəbəkə hesabında yazıb. 

“Administrasiyadakı mənbələrdən əldə etdiyim məlumata əsasən, ABŞ Zelenski və onun əməliyyatda iştirak edən komandası ilə hər hansı məlumatı bölüşməyib. Ukrayna məlumatları özü toplayıb”, - deyə jurnalist qeyd edib. 

Xatırladaq ki, Ukrayna dünən FPV-dronlardan istifadə etməklə Rusiyanın beş vilayətində hərbi aerodromlara zərbə endirib. Hücum nəticəsində Rusiyanın 41 təyyarəsinin vurulduğu bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026