• Bakı 25° C

    11.24 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Ötən gün Qəzzada 100-dən çox insan həlak olub

DÜNYA

02 Iyul 2025 | 09:05

Ötən gün Qəzzada 100-dən çox insan həlak olub

İyulun 1-də İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 100-dən çox fələstinli həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

    Məlumata görə, İsrail hərbçiləri humanitar yardım paylama məntəqələrində ərzaq almaq üçün gözləyən 28 nəfər də daxil olmaqla 109 fələstinlini qətlə yetirib.

    Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, may ayının sonundan bəri 600-dən çox insan humanitar yardım paylama məntəqələrinə edilən hücumların qurbanı olub.

    Ümumilikdə, 2023-cü ilin oktyabrında şiddətlənən silahlı münaqişədən bəri Qəzza zolağında 56 600-dən çox insan həlak olub, 134 000 nəfər yaralanıb.


    SON XƏBƏRLƏR

    02 Iyul 2025