Rusiya Hava Hücumundan Müdafiə qüvvələri (HHM) regionlar üzərində 162 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“HHM vasitələri ilə 162 təyyarə tipli Ukrayna PUA-sı məhv edilib: 57 PUA - Kursk, 31 Belqorod, 27 Lipetsk, 16 Voronej, 11 Bryansk, 11 Ryazan, 6 Oryol, 2-si isə Tambov vilayətləri və 2 PUA Krım Respublikası ərazisi üzərində vurulub", - nazirlikdən bildirilib.
Xatırladaq ki, bir gün əvvəl Ukrayna tərəfi Rusiya aerodromlarına kütləvi zərbə endirib.