• Bakı 20° C

    13.17 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Safaridə iş adamını şir PARÇALADI

DÜNYA

02 Iyun 2025 | 10:02

Safaridə iş adamını şir PARÇALADI

Namibiyada təbiətin qorunması sahəsində tanınan alman əsilli iş adamı Bernd Kebbel safari zamanı vəhşi heyvan hücumuna məruz qalaraq faciəvi şəkildə həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ölkənin şimal-qərbində, Kunene bölgəsində yerləşən Skeleton Coast yaxınlığındakı Hoanib düşərgəsində baş verib.

59 yaşlı Kebbel həyat yoldaşı Conny və dostları ilə birlikdə çöl ekspedisiyasına gedib. Gecə saatlarında həyat yoldaşı avtomobilin üstündəki çadırda yatarkən, Kebbel tualet ehtiyacı üçün çölə çıxıb. Bu zaman bir dişi aslan ona hücum edib. Yerli polis və Turizm Nazirliyinin verdiyi məlumata görə, aslanın boyun nahiyəsinə vurduğu dişləmə Kebbelin həyatına son qoyub.

Düşərgədə olan dostları aslanı qovmağa çalışsalar da, Kebbelin aldığı ağır yaralar səbəbindən onu xilas etmək mümkün olmayıb.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

03 Iyun 2025