Ukrayna Silahlı Qüvvələri Böyük Britaniyada Qələbə günü münasibətilə keçiriləcək paradda iştirak edəcəklər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
"Mayın 6-da Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Avropada Qələbə Gününün (VE Day) 80-ci ildönümü münasibətilə Londonda keçiriləcək böyük hərbi yürüşdə iştirak edəcəklər", - məlumatda bildirilib.
Londonda xatirə tədbirləri çərçivəsində hərbi parad, aviaşou və Vestminster Abbatlığında təntənəli mərasimin keçirilməsi planlaşdırılır. Bu mərasimdə kral ailəsi nümayəndələrinin iştirakı gözlənilir.
Mərasimə həmçinin Avstraliya, Kanada və Yeni Zelandiyadan hərbçilər də qatılacaqlar.