• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Polşada müxalifətin namizədi prezident oldu

DÜNYA

02 Iyun 2025 | 08:37 | Müəllif: Qalib İbrahimoğlu

Polşada müxalifətin namizədi prezident oldu

Polşanın yeni prezidenti müəyyən olunub.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadla xəbərinə görə, belə ki, müxalif Hüquq və Ədalət partiyasının namizədi Karol Navroçki prezident seçkilərinin ikinci turunda 50,9 faiz səs toplayaraq qalib gəlib. Bunu Mərkəzi Seçki Komissiyasının seçki bülletenlərinin 100%-nin emalından əldə edilən məlumatlar sübut edir.

Hakim Vətəndaş Koalisiyasının namizədi və Varşava meri Rafal Trzaskowski 49,1% səs toplayıb.

Mərkəzi Seçki Komissiyasının saytında dərc olunan məlumatlara görə, Polşada keçirilən prezident seçkilərində ikinci turda seçici fəallığı rekord göstərici - 71,63% təşkil edib. Seçici fəallığının əvvəlki rekordu 1995-ci ildə qeydə alınıb (68,23%).

Qeyd edək ki, ölkədə prezident seçkilərinin ikinci turu dünən - iyunun 1-də keçirilib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026