• Bakı 13° C

    8.86 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

İstanbulda yol çökdü - FOTO

DÜNYA

03 May 2025 | 11:12

İstanbulda yol çökdü - FOTO

İstanbulun Sarıyer rayonunun Maslak qəsəbəsində səhər saatlarında yol çöküb.

Bakıvaxtı.az NTV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində Eski Büyükdere küçəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.

    Əraziyə dərhal yanğınsöndürmə xidməti, polis və İGDAŞ (İstanbul Qaz Paylayıcı Şirkəti) əməkdaşları cəlb olunub.

    Məlum olub ki, təbii qaz sıxılması nəticəsində kiçik çaplı partlayış meydana gəlib. Təhlükəsizlik məqsədilə İGDAŞ əməkdaşları qaz təchizatını dayandırıb.

    Çökən yol nəqliyyata tam bağlanıb. Ətrafda təhlükəsizlik tədbirləri görülüb. Hazırda ərazidə polis və İstanbul Böyükşəhər Bələdiyyəsinin əməkdaşları hadisə yerindədirlər.


    SON XƏBƏRLƏR

    03 May 2025