• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Gürcüstandan 97 əcnəbi deportasiya edilib

DÜNYA

03 Aprel 2025 | 14:31 | Müəllif: Gülşən Şərif

Gürcüstandan 97 əcnəbi deportasiya edilib

Miqrasiya Departamentinin əməkdaşları 2025-ci ilin mart ayında ölkədən 97 əcnəbi vətəndaşı deportasiya ediblər.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, DİN-in Miqrasiya Departamenti digər struktur bölmələrlə sıx koordinasiya şəraitində ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizəni effektiv şəkildə həyata keçirir. Ötən ay ərzində müxtəlif ölkələrin 97 vətəndaşı Gürcüstandan çıxarılıb. Onların bir qismi ölkəni könüllü şəkildə tərk edib, digərləri isə Miqrasiya Departamentinin keçirdiyi tədbirlər nəticəsində məcburi qaydada deportasiya olunub. Deportasiya olunan şəxslərə qanunvericiliyə uyğun olaraq Gürcüstana daxilolma qadağası tətbiq olunub.

Deportasiya edilən şəxslər Hindistan, Belarus, Çin, Tacikistan, Azərbaycan, Rusiya, Banqladeş, Amerika Birləşmiş Ştatları, İraq, İran, Nigeriya, Türkmənistan, Türkiyə, Misir, Pakistan, Kamerun, İordaniya və Qırğızıstan vətəndaşları olub.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026