"İsrail Qəzzaya su və elektrik enerjisinin kəsilməsini də nəzərdən keçirir".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İsrail Baş nazirliyinin sözçüsü Ömər Dostri deyib.
Məlumata görə, İsrail HƏMAS-a təzyiq göstərmək üçün bəzi addımlar atacaq və hücumları bərpa etməyə hazırlaşır.
"HƏMAS-a təzyiq göstərmək üçün bir sıra tədbirlərimiz var. Eyni zamanda, hərbi yolla müharibəyə qayıtmağa hazırlaşırıq. Qəzzaya su və elektrik enerjisinin kəsilməsi ehtimalını istisna etmirik",- deyə Dostri bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ı əsirləri təhvil verməzsə, “davamlı addımlarla” hədələyib.
Nuriyyə Musayeva