• Bakı 26° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Rusiya: Qəzzada dərhal atəşkəs elan olunmalıdır

DÜNYA

03 Aprel 2025 | 16:06

Rusiya: Qəzzada dərhal atəşkəs elan olunmalıdır

Rusiya Qəzza zolağında dərhal atəşkəsə və bütün məhbusların azadlığa buraxılmasına çağırıb.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi Fələstin Milli Administrasiyası, Fələstinin siyasi hərəkatları, İsrail və cəlb olunmuş regional oyunçularla daimi dialoq aparır:

"Rusiya tərəfləri uzun müddətdir davam edən qlobal münaqişənin davamlı siyasi həllinə nail olmağa inandırır. Biz Qəzzada dərhal atəşkəs və bütün məhbusların azad edilməsində israr edirik. Fələstin xalqının müstəqil və suveren dövlət yaratmaq hüququnun reallaşması bütün Yaxın Şərq üçün təhlükəsizliyin təminatına çevriləcək".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyun 2026