Ukrayna qüvvələri mayın 3-nə keçən gecə Rusiyadan atılan 77 ədəd dron və digər pilotsuz uçuş aparatını vurduqlarını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
“Saat 09:00-a olan məlumata görə, ölkənin şərq, şimal, cənub və mərkəzi bölgələrində 77 ədəd pilotsuz uçuş aparatının vurulması təsdiqlənib. Bundan əlavə, 73 ədəd düşmənə məxsus dron radarlardan itib, lakin bu, hər hansı mənfi nəticəyə səbəb olmayıb,” - deyə məlumatda qeyd olunub.