Ukrayna xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa və ölkənin nümayəndə heyətinin üzvü Aleksandr Bevzlə Almaniya, İtaliya və Böyük Britaniyanın nümayəndələri arasında İstanbulda görüş keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna XİN-in rəsmi nümayəndəsi Georgi Tixiy “X”də yazıb.
"Tərəflər bu gün Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşü ərəfəsində mövqelərini əlaqələndiriblər. Ukrayna nümayəndə heyətinin üzvləri Kiyevin sülh səylərinə sadiqliyini təsdiqləyiblər. Onlar gündəliyə daxil olan və liderlərin görüşünü, tam atəşkəsi və etimadın möhkəmləndirilməsi üzrə humanitar tədbirləri əhatə edən məsələləri ətraflı müzakirə ediblər", - o qeyd edib.