• Bakı 27° C

    10.97 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Mask Trampı Yaxın Şərq siyasətinə görə tərifləyib

DÜNYA

02 Iyul 2025 | 12:46

Mask Trampı Yaxın Şərq siyasətinə görə tərifləyib

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın dünyada bir neçə münaqişənin həllində rolunu etiraf edib.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, Mask bu barədə Trampın Qəzza zolağında atəşkəs elan etdiyi postunu şərh edərkən deyib.

Mask qeyd edib ki, Trampa dünyada bir neçə ciddi münaqişəni uğurla həll etdiyinə görə kredit verilməlidir.

Xatırladaq ki, iyulun 1-də Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını açıqlayıb. Amerika lideri bunun İsrail liderləri ilə uzun və məhsuldar görüş keçirən nümayəndələrinin sayəsində mümkün olduğunu bildirib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

02 Iyul 2025