• Bakı 25° C

    11.24 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

20 ştat Trampı məhkəməyə verdi

DÜNYA

02 Iyul 2025 | 12:49

20 ştat Trampı məhkəməyə verdi

ABŞ prezidenti Donald Trampın administrasiyası Kaliforniya başda olmaqla ABŞ-ın 20 ştatı tərəfindən məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kaliforniya ştatın baş prokuroru Rob Bontanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rob Bonta bu gün çoxpartiyalı koalisiyaya rəhbərlik edərək ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin immiqrasiya ilə bağlı mühafizə orqanı olan ICE də daxil olmaqla Daxili Təhlükəsizlik Departamentinə şəxsi sağlamlıq məlumatlarına məhdudiyyətsiz giriş icazəsi vermək qərarına etiraz edərək məhkəməyə müraciət edib.

Bəyanatda bildirilib ki, məlumatların kütləvi şəkildə ötürülməsi ABŞ-nin məxfilik qanunlarını pozur və bu, insanları təcili tibbi yardım axtarmaqdan çəkindirə bilər.

Mina Mikayılova


SON XƏBƏRLƏR

02 Iyul 2025