Çin hökuməti vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çinin hakim Kommunist Partiyasının rəsmi media orqanı “Global Times” məlumat yayıb.
Xəbərdə bildirilir ki, Çinin Tehrandakı səfirliyi tərəfindən yayılan bəyanatda Çin vətəndaşlarına bir daha İrana səfər etməməyi tövsiyə olunub. Bəyanatda qeyd edilib ki, İran və İsrail arasında elan olunmuş atəşkəsə baxmayaraq, bölgədəki təhlükəsizlik vəziyyəti hələ də “mürəkkəb” olaraq qalır.
Səfirlik vətəndaşları təhlükəsizlik xəbərdarlıqlarına ciddi əməl etməyə, mümkün fövqəladə hallara hazır olmağa və həssas bölgələrdən uzaq durmağa çağırıb.
Əli Hüseynov