• Bakı 25° C

    11.24 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Avstraliyada güclü yağış və külək: 35 min ev işıqsız qaldı

DÜNYA

02 Iyul 2025 | 13:11

Avstraliyada güclü yağış və külək: 35 min ev işıqsız qaldı

Avstraliyanın Yeni Cənubi Uels əyalətində baş verən güclü yağış və külək səbəbindən gündəlik həyat ciddi şəkildə pozulub.

Bakıvaxtı.az ABC News-un məlumatına istinadla xəbər verir ki, əyalətin mərkəzi və cənub bölgələrində müşahidə olunan şiddətli hava şəraiti nəticəsində Sidney hava limanında bir çox reyslər təxirə salınıb və ya ləğv edilib.

Eyni zamanda, təbii fəlakət nəticəsində ştat üzrə təxminən 35 min ev və iş yeri elektrik enerjisiz qalıb.

Rəsmi qurumlar və fövqəladə hallar xidməti əhalini ehtiyatlı olmağa çağırıb və hava şəraitinin yaxın günlərdə də davam edə biləcəyini bildirib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

02 Iyul 2025