• Bakı 23° C

    12.36 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Zelenski: Rusiyanın məhsuldar görüşlərə hazır olacağına əmin deyiləm

DÜNYA

02 Iyun 2025 | 14:38

Zelenski: Rusiyanın məhsuldar görüşlərə hazır olacağına əmin deyiləm

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın İstanbulda məhsuldar danışıqlara hazır olmasına şübhə etdiyini bildirib.

Bakıvaxtı.az LRT telekanalına istinadən xəbər verir ki, o, bunu "Buxarest doqquzluğu" və Skandinaviya ölkələrinin sammitinin keçiriləcəyi Vilnüsə gəlişi zamanı bildirib.

"Bizim komandamız İstanbuldadır. Bu gün səhər müdafiə naziri (Rüstəm Umerov - red.) ilə danışdım, onlar görüşə hazırlaşırlar. Mən Rusiyanın məhsuldar görüşlərə hazır olacağına əmin deyiləm. Amma biz həmişə hansısa həllərə inanmalıyıq", - prezident qeyd edib.

Zelenski onu da vurğulayıb ki, Ukrayna üçün tam atəşkəsin əldə olunması, uşaqların və əsirlərin evlərinə qayıtması vacibdir.


SON XƏBƏRLƏR

03 Iyun 2025