ABŞ-nin müvəqqəti işlər vəkili Con Ginkel Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Ukrayna XİN məlumat yayıb.
Amerikalı diplomata Rusiyanın işğalına qarşı mübarizə üçün Ukraynaya hərbi yardımların davam etdirilməsinin vacibliyi xatırladılıb.
Qeyd edək ki, Vaşinqton bəzi raket və digər silah-sursatların Ukraynaya göndərilməsini dayandırıb.