• Bakı 27° C

    10.97 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Gürcüstan parlamentində müxalif deputatların fəaliyyətinə xitam verilib

DÜNYA

02 Iyul 2025 | 14:38

Gürcüstan parlamentində müxalif deputatların fəaliyyətinə xitam verilib

Gürcüstanın sabiq Baş naziri Giorgi Qaxariyanın “Gürcüstan Naminə” partiyasının bütün (12) deputatlarının mandatına vaxtından əvvəl xitam verilib.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq qərar parlamentin bugünkü sessiyasında qəbul edilib.

    Qərara əsas kimi deputatların parlamentin yaz sessiyasının 26 iclasında iştirak etməmələri olub.

    “Gürcüstan Naminə” partiyası həmçinin altı ay müddətinə dövlət büdcəsindən maliyyə vəsaiti almaq hüququndan da məhrum edilib.

    Xatırladaq ki, parlament bu ilin fevralında 49 müxalif deputatın səlahiyyətinə xitam verib. Bugünkü qərardan sonra Gürcüstan parlamentində müxalif partiyaların fəaliyyətinə son verilib. Müxalifət ötən ilin oktyabrında keçirilən parlament seçkilərinin nəticələrini tanımır.


    SON XƏBƏRLƏR

    02 Iyul 2025