• Bakı 25° C

    10.97 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Serj Sarkisyana qarşı yeni ittiham irəli sürüldü

DÜNYA

02 Iyul 2025 | 14:25

Serj Sarkisyana qarşı yeni ittiham irəli sürüldü

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı xüsusilə külli-miqdarda rüşvətalma və qanunsuz sahibkarlıq fəaliyyətində iştirak maddələri ilə ittiham irəli sürülüb.

Bakıvaxtı.az-ın "Armenia Today" portalına istinadən xəbərinə görə, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsindən məlumat verilib.

    İstintaqla müəyyən edilib ki, Sarkisyan müdafiə naziri, Baş nazir, prezident və yenidən hökumət rəhbəri vəzifələrində işlədiyi 2000-2018-ci illər arasında dövlət məmurunun sahibkarlıq fəaliyyətinə qoyulan qadağalara baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə etibar etdiyi şəxslər vasitəsilə kommersiya subyektləri təsis edib.

    Bu müəssisələr arasında Ararat vilayətində yerləşən və xarici investisiyalar hesabına inşa edilən bitum zavodu da olub.

    O da bildirilib ki, artıq cinayət işi baxılması üçün Antikorrupsiya Məhkəməsinə göndərilib.


    SON XƏBƏRLƏR

    02 Iyul 2025