• Bakı 22° C

    12.36 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Ruslarla danışığa hərbi geyimdə gəldilər

DÜNYA

02 Iyun 2025 | 15:22

Ruslarla danışığa hərbi geyimdə gəldilər

Ukrayna nümayəndə heyətinin üzvləri bu gün İstanbuldakı danışıqlar üçün Çırağan sarayına hərbi geyimdə gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Ukrayna nümayəndələri danışıqların keçirildiyi yerə Rusiya Federasiyasından gələn nümayəndə heyətindən sonra daxil olublar.

Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü xarici işlər naziri Hakan Fidanın rəhbərliyi ilə saat 14:00-da başlayıb. Görüşdə Türkiyə MİT-in direktoru İbrahim Kalının da iştirak etdihyi bildirilir.

Məlumata görə, Prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksandr Fomin və Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov təmsil edir.

Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov, xarici işlər nazirinin birinci müavini Sergey Kislytsya, Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin müavini Oleksandr Poklad, Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavini Oleq Luqovski daxildir.


SON XƏBƏRLƏR

03 Iyun 2025