• Bakı 23° C

    12.36 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Zelenski: Dronlara qoyulan investisiyalar özünü doğruldur

DÜNYA

02 Iyun 2025 | 14:20

Zelenski: Dronlara qoyulan investisiyalar özünü doğruldur

Ukrayna silaha olan ehtiyaclarının 40 faizə qədərini daxili istehsal hesabına təmin edə bilər.

Bakıvaxtı.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Ukrayna silaha olan ehtiyaclarının 40 faizə qədərini daxili istehsal hesabına qarşılaya bilər, lakin bunun üçün sabit maliyyələşdirmə lazımdır. Əməliyyatlarımız göstərir ki, xüsusilə dronlara qoyulan investisiyalar özünü necə doğruldur. Biz hələ də təcili olaraq hava hücumundan müdafiə vasitələrinə, xüsusilə “Patriot” sistemlərinə və raketlərə ehtiyac duyuruq", - V.Zelenski "Buxarest doqquzluğu" və Skandinaviya ölkələrinin sammitində bildirib.


SON XƏBƏRLƏR

03 Iyun 2025