• Bakı 26° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Siandan Orta Dəhlizlə 100 mininci konteyner göndərildi

DÜNYA

02 Iyun 2025 | 15:04

Siandan Orta Dəhlizlə 100 mininci konteyner göndərildi

Bu günə qədər Çinin Sian şəhərindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə 100 min yük konteyneri göndərilib.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Dəmir Yollarının mətbuat xidməti məlumat yayıb.

"Bu terminaldan 100 mininci konteynerin göndərilməsi onun Orta Dəhlizlə daşımalara təsirini, həmçinin iki ölkənin logistika üzrə tərəfdaşları arasında qarşılıqlı əlaqənin səmərəliliyini təsdiqləyir", - məlumatda vurğulanıb.

Bildirilib ki, Siandakı Qazaxıstan-Çin terminalı istismara verildiyi 2024-cü ilin fevralından etibarən 200 min tondan çox yük emal edib və beynəlxalq ticarətdə mühüm logistika platformasına çevrilib.

Məlumata görə, sözügedən marşrutla əsasən elektronika, mebel və istehlak malları daşınıb.


SON XƏBƏRLƏR

19 Iyul 2025