Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Tel-Əviv yaxınlığında yerləşən İsrail elektrik stansiyasına hipersonik ballistik raketlə hücum edib.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriya açıqlama verib.
“Yəmən silahlı qüvvələrinin artilleriya birləşmələri Yaffanın şərqində yerləşən İsrailə məxsus elektrik stansiyasına hücum etmək üçün “Fələstin-2” hipersəs ballistik raketindən istifadə edərək hərbi əməliyyat keçirib. Raket hədəfi dəqiqliklə vurub”, - deyə Səriyanın “əl-Məsira” telekanalı tərəfindən yayımlanan videosunda deyilir.
Sariya həmçinin husilərin Təl-Əviv ərazisindəki hərbi obyektə pilotsuz təyyarə ilə zərbə endirildiyini deyib.