• Bakı 19° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Tramp yenə Kanadanı 51-ci ştat olmağa çağırdı

DÜNYA

02 Fevral 2025 | 18:10 | Müəllif: Subhan Mahmudov

Tramp yenə Kanadanı 51-ci ştat olmağa çağırdı

Kanada vergiləri azaltmaq və gömrük rüsumlarından yayınmaq üçün ABŞ-a 51-ci ştat kimi qoşulmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində deyib.

“Kanadaya subsidiya vermək üçün yüz milyardlarla dollar ödəyirik. Nə üçün? Heç bir səbəb yoxdur. Sərhədsiz enerjimiz var, öz maşınlarımızı hazırlamalıyıq, istifadə edə biləcəyimizdən daha çox ağacımız var. Bu kütləvi subsidiyalar olmadan Kanada həyat qabiliyyətli ölkə kimi mövcud olmağı dayandıracaq. Sərtdir, amma bu bir həqiqətdir. Beləliklə, Kanada arzu etdiyimiz 51-ci ştata çevrilməlidir. Bu, Kanada xalqı üçün daha aşağı vergilər və daha yaxşı hərbi müdafiə deməkdir”, - Tramp bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR