• Bakı C

    0.93 m/s

  • USD - 1.7

    EUR - 1.7815

    RUB - 1.8932

İndoneziyada yüzlərlə insan təxliyə edildi

DÜNYA

04 Mart 2025 | 17:27

İndoneziyada yüzlərlə insan təxliyə edildi

İndoneziyanın paytaxı Cakartada leysan yağışları nəticəsində su basmış ərazilərdən yüzlərlə insan təxliyə edilib.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, təxminən 11 milyon insanın yaşadığı şəhərin bəzi hissələrində palçıqlı su insanların hərəkətinə əngəl olub.

Ötən gün başlayan güclü yağışlar Cakarta, Bogor, Bekasi və Tangeranq şəhərlərində daşqınlara səbəb olub.

Milli Fəlakətlərin Azaldılması Agentliyinin (BNPB) verdiyi məlumata görə, Boqorda 300-dən çox insan təxliyə edilib, onlarla evə ziyan dəyib, bir körpü uçub. Tangeranqda da Cimanceuri çayının daşması nəticəsində 350 evi su basıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR