• Bakı C

    0.93 m/s

  • USD - 1.7

    EUR - 1.7815

    RUB - 1.8932

Serbiya parlamentində insident - VİDEO  - YENİLƏNİB

DÜNYA

04 Mart 2025 | 17:47

Serbiya parlamentində insident - VİDEO  - YENİLƏNİB

Serbiya parlamentində baş verən qarşıdurmada üç deputat yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Serbiyanın Radio və Televiziyası parlamentin spikeri Ana Brnabiçin bəyanatına istinadən məlumat yayıb. 

A.Brnabiç qeyd edib ki, iclas zalında baş verən iğtişaşlar zamanı üç nəfər yaralanıb. Onlar Yasmina Karanats, həmçinin Yasmina Obradoviç və Sonya İliçdir. Məluamat görə, yaralılardan birinin vəziyyəti ağırdır.

***

15:30

Serbiyada parlamentin iclası zamanı deputatlar arasında qarşıdurma yaşanıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, iclas zamanı müxalif deputatlar zalda fişəng yandırıb, eləcə də gözyaşardıcı qazdan istifadə ediblər. 

İnsident qanunverici orqanda ali təhsil və gənclər üçün mənzil kreditləri barədə qanuna düzəlişlərin müzakirəsi çərçivəsində qeydə alınıb. Müzakirələrdən əvvəl müxalif deputatlar dinləmələrdə iştirak etməyəcəklərini və etiraz aksiyası təşkil edəcəklərini bildiriblər. 

Qarşıdurma zamanı iki qadın xəsarət alıb. 

Onu da qeyd edək ki, buna paralel olaraq parlamentin binası önündə hökumətin istefasını tələb edən tələbələrin etiraz aksiyası keçirilib.


SON XƏBƏRLƏR