• Bakı C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.7659

    RUB - 1.7273

Keçmiş prezident arvadına görə aclıq aksiyasına başladı

DÜNYA

02 Fevral 2025 | 17:50

Keçmiş prezident arvadına görə aclıq aksiyasına başladı

2023-cü ildə hərbçilər tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Qabon Prezidenti Əli Bonqo ikinci dəfə aclıq aksiyasına başlayıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə onun vəkili Eyue Bekale məlumat yayıb.

Vəkilin sözlərinə görə, Bonqo tibbi yardım ala bilməyən həyat yoldaşı Silviya və oğlu Nurəddinə qarşı hərbçilərin rəftarına etiraz olaraq bu addımı atıb.

Bildirlib ki, keçmiş prezident özünün Libervildəki iqamətgahında yaşasa da, həyat yoldaşı və oğlu hələ də həbsxanadadır.

Qeyd edək ki, Əli Bonqo 2024-cü ilin mayında da arvadı və oğluna qarşı işgəncələrə etiraz olaraq aclıq aksiyası keçirmişdi./axar.az


SON XƏBƏRLƏR

02 Fevral 2025