• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə aeroportlarında YENİLİK

DÜNYA

02 Fevral 2025 | 18:37 | Müəllif: Subhan Mahmudov

Türkiyə aeroportlarında YENİLİK

Türkiyənin yerli imkanlarla təkmilləşdirdiyi hava nəqliyyatının görüntüləmə proqramı - İnteraktiv Radar Analizi və Data ekranı (İRADE) ölkənin Atatürk və Çukurova aeroportlarında istifadəyə verilib.

Bakıvaxtı.az bildirir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Qeyd edilib ki, yeni sistem ilk dəfə ötən ilin noyabr ayında İstanbul və Muğla Dalaman hava limanlarında tətbiq olunub. Türkiyənin Dövlət Hava Meydanları İdarəsi (DHMİ) tərəfindən təkmilləşdirilən yeni sistemin Trabzon, Antalya, Milas-Bodrum və Adnan Menderes aeroportlarında da qurulumu üçün işlərə start verilib və bu ilin ilk yarısında tamamlanması gözlənilir.

Nazir daha az resursla daha effektiv işləyərək, daha sürətli nəticələr verən İRADE-nin ölkənin xaricdən asılılığını azaltdığını və hər gün inkişaf edən, böyüyən aviasiya sənayesi ilə tam inteqrasiyanı təmin etdiyini bildirib. /Publika.az 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026