HƏMAS hərəkatı yanvarın 3-də Dohada Qəzza zolağında atəşkəslə bağlı İsraillə dolayı danışıqların yeni mərhələsinin keçiriləcəyini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, müvafiq bəyanat hərəkatın rəsmi saytında dərc olunub.
“Bu gün, cümə günü Qətərin paytaxtı Dohada Qəzza ilə bağlı dolayı danışıqlar bərpa olunur. Bu danışıqlar zamanı anklavda tam atəşkəs, İsrail qoşunlarının Qəzzadan çıxarılması və köçkünlərin bütün zolaqda öz evlərinə qayıtması müzakirə olunacaq.”, - sənəddə deyilir.