• Bakı C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.7659

    RUB - 1.7273

Tiflisdə aksiya: Ən böyük müxalif partiyanın lideri həbs edildi - YENİLƏNİB

DÜNYA

02 Fevral 2025 | 22:40

Tiflisdə aksiya: Ən böyük müxalif partiyanın lideri həbs edildi - YENİLƏNİB

Gürcüstan polisi yeni parlament seçkiləri tələbi ilə keçirilən və minlərlə nümayişçinin iştirak etdiyi aksiyada Tiflisin kənarında magistral yolu bağladığı üçün bir neçə nümayişçini həbs edib.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, həbs olunanlar arasında ölkənin ən böyük müxalifət partiyası olan Dəyişiklik Koalisiyasının lideri Nika Melia da var.

Yerli mətbuat isə Tiflisin keçmiş meri Georgi Uqulavanın da həbs edildiyini yazıb.

 

***18:49

“Tbilisi Mall”da keçirilən aksiyada iştirakçılar Gürcüstan paytaxtından giriş-çıxışı qismən məhdudlaşdırıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, aksiyada yüzə yaxın insan iştirak edib. Onlar əsasən ticarət mərkəzinin mərkəzi girişində cəmləşiblər, lakin sonradan yol boyu yürüş keçirmək qərarına gəliblər və nəticədə yol bağlanıb.

Etirazçılarla polis arasında toqquşma yaşanmayıb.

Aksiyada müxalifət nümayəndələri də iştirak edib.


SON XƏBƏRLƏR

02 Fevral 2025