İstanbul Respublika Baş Prokurorluğunun Kibercinayətlər üzrə İstintaq Bürosu qanunsuz mərc oyunu ittihamı ilə bağlı apardığı istintaq çərçivəsində iş adamı Acun İlıcalı və digər şəxslər barəsində iddianamə hazırlayıb.
Bakıvaxtı.az bildirir ki, iddianamədə TV8 və EXXEN platformalarında yayımlanan futbol matçları zamanı virtual reklam üsulları ilə qanunsuz mərc saytlarının təbliğ edildiyi bildirilib.
Bu çərçivədə İlıcalının şübhəli olaraq yer aldığı və 1 ildən 3 ilə qədər həbs cəzası istənildiyi bildirilib.
Qeyd edilir ki, iş adamı "Şəxsləri qeyri-qanuni mərcə təşviq etmək" maddəsi üzrə təqsirli bilinə bilər.