• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Myanmada zəlzələ qurbanlarının sayı ARTDI

DÜNYA

03 Aprel 2025 | 19:53 | Müəllif: Subhan Mahmudov

Myanmada zəlzələ qurbanlarının sayı ARTDI

Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 3,1 min nəfəri keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Myanma dövlət mediasına istinadən məlumat yayıb.

“Myanmada baş vermiş güclü zəlzələ nəticəsində 3 145 nəfər ölüb, 4 589 nəfər yaralanıb, daha 221 nəfər itkin düşüb”, - telekanalın açıqlamasında bildirilir.

Daha əvvəl 3085 ölüm halı qeydə alınmışdı.

Xatırladaq ki, martın 28-də Myanmada 7,7 maqnitudalı zəlzələ baş verib və yeraltı təkanlar Tailand da daxil olmaqla, 5 qonşu ölkədə hiss olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026